"k" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "k" üzrə 5500 ayə tapıldı.
«Həqiqətən, mən öz Rəbbim və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir hərəkət edən yoxdur ki, alını (vücudu) Onun ovcunda (ixtiyarında) olmasın. Həqiqətən Rəbbim doğru yoldadır (yaradılış aləminin işlərinin idarə olunmasında ədalət və hikmət əsasında davranır)».
«Beləliklə, əgər üz döndərsəniz, (bilin ki,) mən (çatdırılması) üçün göndərildiyim şeyi sizə çatdırdım. Və mənim Rəbbim (tezliklə sizi həlak edəcək və) sizin yerinizə sizdən başqa bir qövmü canişin edəcəkdir. Ona heç bir ziyan vura bilməzsiniz. Şübhəsiz, mənim Rəbbim hər bir şeyi qoruyandır».
Və (onların əzabı barədə) Bizim əmrimiz (mələklərə) yetişən və Bizim istəyimiz qətiləşən zaman Huda və onunla birgə iman gətirənlərə tərəfimizdən olan bir rəhmətlə nicat verdik və onları çox çətin bir əzabdan qurtardıq.
Bu Ad (qövmü) idi. Onlar özlərinin Rəbbinin nişanələrini (tövhidin aydın dəlillərini və Hudun peyğəmbərliyinin aşkar əlamətlərini) inkar etdilər, Onun peyğəmbərlərinə itaətsizlik göstərdilər və hər bir inadkar zor işlədənin əmrinə tabe oldular.
Bu dünyada və Qiyamət günündə onların arxasınca (Allah və insanlar tərəfindən) bir lənət göndərildi. Bilin ki, Ad qövmü özlərinin Rəbbinə kafir oldular və özlərinin Rəbbinə nankorluq etdilər. Bilin! Hudun qövmü Ada nifrin olsun və (Allahın rəhmətindən) uzaq olsunlar!
Və Səmud qövmünə onların (qan və ya qəbilə) qardaşları Salehi (göndərdik). O dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin Ondan başqa bir tanrınız yoxdur. Sizi (ilk ata və ananızı bilavasitə, onların nəslini isə vasitə ilə) yerdən (torpaqdan) yaradan və sizə orada həyat verən və sizdən oranı abadlaşdırmağınızı istəyən Odur. Buna görə də, Ondan (günahlarınız üçün) bağışlanmaq diləyin, sonra (yaxşı əməllərlə) Ona tərəf qayıdın. Şübəsiz, mənim Rəbbim (Öz bəndələrinə) yaxın və (onların dualarını) qəbul edəndir».
Dedilər: «Ey Saleh, sən bundan əvvəl bizim aramızda bir ümid yeri idin (bizim dinimizi qəbul edəcəyinə və ya bizə başçılıq edəcəyinə ümid bəsləyirdik). Bizi atalarımızın ibadət etdikləri şeydən çəkindirirsən?! Və doğrudan da biz, bizi tərəfinə çağırdığın şey (şəriksiz Allah) barəsində tərəddüdlü və anlaşılmazlıq gətirən bir şəkk-şübhə içərisindəyik».
Dedi: «Ey mənim qövmüm, mənə deyin görüm, əgər mən Rəbbimin tərəfindən aydın bir dəlilə əsaslansam və O, Öz tərəfindən mənə bir rəhmət (peyğəmbərlik məqamı) əta etmiş olsa, (ilahi tapşırıqların çatdırılmasında) Ona itaətsizlik etsəm məni Allah(ın qəzəbindən və əzabın)dan kim qurtarar?! Deməli, siz mənə ziyan vurmaqdan başqa bir şey artırmırsınız».
«Və ey mənim qövmüm, bu, Allahın sizin üçün (Onun tovhidi və mənim peyğəmbərliyim barəsində) bir əlamət və möcüzə olan dişi dəvəsidir (ki, Onun istəyi ilə birdən-birə daşın arasından çıxmışdır). Buna görə də, onu qoyun Allahın torpağında otlasın və ona əsla bir zərər-ziyan vurmayın ki, sizi çox yaxın bir əzab yaxalayar».
Beləliklə, onun ayaqlarını kəsdilər və öldürdülər. (Saleh) dedi: «Üç gün (möhlətiniz var) evlərinizdə bəhrələnin (sonra əzab gələcəkdir). Bu yalan olmayan bir vəddir».
Beləliklə, (onların əzabı barəsində) Bizim əmrimiz yetişdikdə və Bizim istəyimiz qətiləşən zaman Saleh və onunla birlikdə iman gətirənlərə tərəfimizdən olan bir rəhmət ilə (həmin qövmün şərindən) və o günün xarlıq və rüsvayçılığından nicat verdik. Doğrudan da sənin Rəbbin həmin güclü və yenilməz qüdrət sahibidir.
Və zülm etmiş kəsləri (göydən gələn öldürücü bir) bağırtı yaxaladı. Beləliklə, öz evlərində diz çöküb üzü üstə düşmüş ölülər oldular.
Sanki əsla orada yaşamamışdılar. Bilin ki, Səmud qövmü özlərinin Rəbbinə küfr (və nankorluq) etdi. Bilin! (Allahın rəhmətindən) uzaq olsun Səmud qövmü!
Həqiqətən Bizim (mələklərdən olan) elçilərimiz İbrahimə (oğlu olacağı və Lut qövmünün həlak olması barədə) müjdə gətirdilər. Onlar salam verdilər, o da salam verdi. Sonra, dayanmadan (qonaqlar üçün) qumların üzərində qızardılmış və yağı daman bir buzov gətirdi.
Beləliklə, elə ki, onların əllərinin ona (yeməyə) çatmadığını (uzanmadığını) gördü, onları yad bildi və qəlbində onlardan bir qorxu duydu. Onlar dedilər: «Qorxma, həqiqətən biz (Allah tərəfindən) Lut qövmünə (onları məhv etmək üçün) göndərilmiş (mələklər)ik
Onun zövcəsi ayaq üstə durmuşdu. Beləliklə o, (sirli qonaqlar mələk çıxdıqları üçün) sevincindən güldü. Beləliklə ona İshaq (adlı oğulla) və İshaqın ardınca Yəqub (adlı nəvə) ilə müjdə verdik.
Dedi: «Vay! Mən (doxsan yaşlı) qoca bir qarı və bu ərim də (yüz yaşlı) qoca bir kişi ola-ola doğacağam?! Doğrudan da bu, çox təəccüblü bir şeydir».
(Mələklər) dedilər: «Allahın rəhməti və Onun bərəkətləri sizin ailənizə olduğu halda Allahın işinə təəccüb edirsən?! Həqiqətən O, sifət və işləri mədh edilmiş, ümumi lütf və mərhəmət, geniş cəlal sahibidir».
Beləliklə, elə ki, İbrahimin qorxusu getdi və (övlad) müjdə(si) ona yetişdi, Lut qövmü barəsində bizim (mələklərimiz)lə söhbət və mübahisə etməyə başladı.
Doğrudan da İbrahim çox həlim və camaata ürəyi yanan, dərindən ah çəkən və (Bizə tərəf) qayıdan idi.
5500 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
275 Səhifə