Kitab əhlindən kafir olan kəslər və müşriklər özlərinə açıq – aydın bir dəlil gəlməyincə (səmavi kitab gətirmiş, ərəb olan, Məkkəli Peyğəmbərin gəlməsi barədə bir-birilə mübahisə etməkdən və çəkişmədən) ayrılmadılar. (Kitab əhli onun gəlməsini iddia, müşriklərsə onu inkar edirdilər, dəlil gəldikdən sonra birləşib onun əleyhinə çıxdılar);
Əl-Bəyyinə surəsi Sürəsi
Bütün ayələri, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
60 açar söz
Allah
2426
insan
603
axirət
351
ata
326
insanlar
353
iman
639
Nisa
416
Musa
230
ibrahim
150
isa
536
qiyamət
280
mələklər
209
mələk
245
Hidayət
191
kafirlər
260
Əl
4804
övlad
201
Bəqərə surəsi
293
Cəhənnəm
200
elm
220
Mömin
239
tövbə
194
Namaz
119
iman gətirənlər
165
ruzi
133
Müşriklər
150
zalım
151
möminlər
161
Əl-
2942
Yaradılış
164
Qar
493
Yəhudi
63
ölüm
149
Məryəm
128
Şeytan
124
Kişi
197
Ətir
802
Tövrat
90
qadın
156
əhli-beyt
4
Cihad
74
təqvalı
87
Cəhənn
200
Muhəmməd
63
əqidə
99
zövcə
83
təqva
110
Yəhudilər
42
salam
55
Ailə
66
Başçı
43
Uf
104
Allah yolunda
79
fəsad
69
Allaha məxsusdur
63
Əl-kəhf
110
Furqan
78
Həmd
41
cinlər
59
Allahdan qorxun
49
Axtarış nəticələri:
"Əl-Bəyyinə surəsi" üzrə
8 ayə tapıldı.
(Bu dəlil isə) pak səhifələri (onlara) oxuyan, Allah tərəfindən göndərilmiş (peyğəmbər)dir.
Onlarda (o səhifələrdə) sabit və möhkəm yazılar (əqlə uyğun olan və nəsx olunması mümkün olmayan İlahi hökmlər və mərifətlər) vardır.
Lakin (səmavi) kitab verilən kəslər onlara yalnız açıq-aydın dəlil (Peyğəmbər və Qur’an) gəldikdən sonra (etiqadlarında) təfriqəyə və ixtilafa düşdülər (və onu qəbul etmək məsələsində parçalandılar).
Halbuki, onlara (bu səmavi kitabda) yalnız bu əmr edilmişdi ki, öz etiqadlarında, dinlərində və itaətlərində Allaha ixlasla və Haqqa dönərək ibadət etsinlər, namaz qılsınlar və zəkat versinlər. Sabit və möhkəm din budur!
Şübhəsiz, kitab əhlindən (İslama qarşı çıxıb) kafir olanların və müşriklərin yeri Cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidir.
Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar.
Onların Rəbbi yanındakı mükafatları (evlərinin və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür.
8
Tapılan Ayə
6236
Ümumi Ayə
114
Sürə Sayı
1
Səhifə