And olsun bir – birinin ardınca (yaradılış aləminin işlərinin idarəsi üçün) göndərilən mələk dəstələrinə (və and olsun «həşr» (dirilmə) günündə öz yeni bədənlərinə doğru sıx bir tərzdə – göndərilən möminlərin Bərzəx ruhlarına).
Əl-Mursəlat surəsi Sürəsi
Bütün ayələri, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
60 açar söz
Allah
2426
insan
603
ibrahim
150
axirət
351
Hidayət
191
Musa
230
insanlar
353
Nisa
416
iman
639
ata
326
əhli-beyt
4
mələklər
209
isa
536
Məryəm
128
Yəhudi
63
Namaz
119
Cəhənnəm
200
qiyamət
280
Cihad
74
mələk
245
Mömin
239
ruzi
133
Bəqərə surəsi
293
Ətir
802
Tövrat
90
Muhəmməd
63
elm
220
iman gətirənlər
165
kafirlər
260
Müşriklər
150
övlad
201
zalım
151
tövbə
194
Yaradılış
164
möminlər
161
Şeytan
124
salam
55
Cəhənn
200
Başçı
43
əqidə
99
zövcə
83
Ailə
66
təqva
110
Qar
493
təqvalı
87
ölüm
149
Kişi
197
qadın
156
Allah yolunda
79
Həmd
41
fəsad
69
cinlər
59
Allahdan qorxun
49
Furqan
78
Allaha məxsusdur
63
Uf
104
Bərzəx
58
münafiqlər
43
Bəqərə
293
Yəhudilər
42
Axtarış nəticələri:
"Əl-Mursəlat surəsi" üzrə
50 ayə tapıldı.
(And olsun öz məqsədlərinə doğru) şiddətli yel kimi gedənlərə.
And olsun xüsusi bir tərzlə yayan mələklərə (həyat ruhunu canlılara, ruzini dirilərə, vəhyi peyğəmbərlərə və əməl dəftərlərini Məhşər əhlinə yetirən mələklərə),
(And olsun) aydın və aşkar bir tərzlə (haqqı batildən) ayıranlara,
(And olsun) zikri (Qur’anı və öyüd – nəsihəti insanların qəlbinə) çatdıranlara ki,
(Bütün bu çatdırılmış və yayılmış mərifətlər təkzib edənlərin bəhanə gətirmələrinə yer qoymamaq üçün) dəlil-sübutların (təqdim edilərək) tamamlanması, ya (öyüd-nəsihət qəbul edənlərin) qorxudulması və xəbərdarlıq edilməsi üçündür.
(Bütün bunlara And olsun ki,) sizə vəd edilən (Qiyamət günü) şübhəsiz, baş verəcəkdir.
Ulduzlar məhv olacağı,
Göy yarılacağı,
Əl-Mursəlat surəsi - Ayə 10
#77:10
Dağlar yerindən qopacağı,
Əl-Mursəlat surəsi - Ayə 11
#77:11
(Allah) peyğəmbərlər(in)in (ümmətin mühakimə olunması və onlara şahidlik etmələri üçün) hazır ediləcəkləri vaxt müəyyən olduqda (Qiyamət baş verər).
Əl-Mursəlat surəsi - Ayə 12
#77:12
(Bu hadisələrin baş verməsi) hansı bir gün üçün təxirə salınmışdır?
Əl-Mursəlat surəsi - Ayə 13
#77:13
Mühakimə və (yaxşıların pislərdən) ayrılma günü üçün.
Əl-Mursəlat surəsi - Ayə 14
#77:14
Sən nə bilirsən «ayrılma» günü nədir (nə qədər əhəmiyyətlidir)?!
Əl-Mursəlat surəsi - Ayə 15
#77:15
O gün vay halına təkzib edənlərin!
Əl-Mursəlat surəsi - Ayə 16
#77:16
Məgər Biz əvvəlki (tüğyankar və kafir)ləri məhv etmədikmi?!
Əl-Mursəlat surəsi - Ayə 17
#77:17
Sonra axırda gələnləri də onların ardınca (məhvə və əzaba) daxil edərik.
Əl-Mursəlat surəsi - Ayə 18
#77:18
Biz günahkarlarla belə rəftar edirik.
Əl-Mursəlat surəsi - Ayə 19
#77:19
O gün vay halına təkzib edənlərin!
Əl-Mursəlat surəsi - Ayə 20
#77:20
O gün vay halına təkzib edənlərin! .
50
Tapılan Ayə
6236
Ümumi Ayə
114
Sürə Sayı
3
Səhifə