Əl-Qədr surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl-Qədr surəsi" üzrə 5 ayə tapıldı.
Həqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsində nazil etdik (Qur’an bütünlüklə, bir dəfəyə, feyz mənbəyindən birinci səmaya, yaxud Peyğəmbərin mübarək qəlbinə Qədr gecəsində nazil oldu. Sonra isə 23. il ərzində tədriclə birinci göydən Peyğəmbərin mübarək qəlbinə və Peyğəmbərin mübarək qəlbindən də ümmətə çatdırıldı).
O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər.
O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda və (Allahın) rəhmət(in)də olar. Və (o gecə mələklərin yer üzündəki məsumu və saleh bəndələri) salamlama gecəsidir.
5 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
1 Səhifə