O gün (bütün varlıqların yaradılışın əvvəlindən üz tutduqları) son qərargah yalnız sənin Rəbbinin tərəfinədir (dərəcələrinin müxtəlifliyinə uyğun olaraq Cənnətdə, yaxud Cəhənnəmdə əbədi yerləşərlər).
O gün insana öncədən göndərdiyi (dünyada etdiyi) və təxirə saldığı (etmədiyi) şeyi (yaxud dünyada etdiyi xeyir və şər işləri və ya özündən sonra adət kimi qoyub getdiyi yaxşı və pis işlər barəsində) xəbər veriləcəkdir.
(Qur’an nazil olan zaman) onu oxumağa tələsərək dilini onunla birgə hərəkət etdirmə (vəhy tamam olmamışdan öncə oxumağa başlama, yaxud sənin qəlbində əmanət olaraq qoyduğumuz Qur’anın məcmuəsindən surələri, ya ayələri, ümumiyyətlə heç nəyi– vaxtı yetişməzdən öncə – dilinə gətirmə).