And olsun buludları dağıdan, toz-torpağı qaldıran, bitkiləri və ağacları mayalandıran küləklərə! And olsun insan nəslini yer üzündə yayan əməlisaleh qadınlara! Necə də maraqlı və bərəkətli bir yayım!
Əz-Zariyat surəsi Sürəsi
Bütün ayələri, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
60 açar söz
Allah
2426
insan
603
axirət
351
ata
326
insanlar
353
iman
639
Nisa
416
Musa
230
ibrahim
150
isa
536
qiyamət
280
mələklər
209
mələk
245
Hidayət
191
kafirlər
260
Əl
4804
övlad
201
Bəqərə surəsi
293
Cəhənnəm
200
Mömin
239
elm
220
tövbə
194
Namaz
119
iman gətirənlər
165
ruzi
133
Müşriklər
150
zalım
151
möminlər
161
Əl-
2942
Yaradılış
164
Qar
493
Yəhudi
63
ölüm
149
Məryəm
128
Şeytan
124
Kişi
197
Ətir
802
Tövrat
90
qadın
156
əhli-beyt
4
Cihad
74
təqvalı
87
Cəhənn
200
Muhəmməd
63
əqidə
99
zövcə
83
təqva
110
salam
55
Yəhudilər
42
Ailə
66
Başçı
43
Uf
104
Allah yolunda
79
fəsad
69
Allaha məxsusdur
63
Əl-kəhf
110
Furqan
78
Həmd
41
cinlər
59
Allahdan qorxun
49
Axtarış nəticələri:
"Əz-Zariyat surəsi" üzrə
60 ayə tapıldı.
(And olsun) buludlarla yüklənmiş küləklərə, yağışla yüklənmiş buludlara və ikicanlı dişilərə,
(and olsun) asanlıqla üzən gəmilərə, yüngül əsən yellərə və sakit hərəkətdə olan ulduzlara.
(and olsun) bulud və yağışları bölüşdürən küləklərə, döllərə ruhlar, canlılara həyat, beyinlərə elm və ruzi yeyənlərə ruzi paylayan mələklərə,
həqiqətən sizə (ölümdən sonrakı vəziyyət barəsində) vəd edilən şey doğrudur.
Şübhəsiz, cəza (günü) olacaq və gerçəkləşəcəkdir.
And olsun zinətli və gözəl görünüşlü göyə, mütənasib yaradılışa və mələklərin müxtəlif qalxma və enmə yollarına
ki, həqiqətən (siz Məkkə əhlinin Peyğəmbər və onun Qur’anı barəsində) sözləriniz müxtəlif və fərqlidir. (Peyğəmbər və Qur’an barəsində «o sehrbaz və bu sehrdir; o kahin, bu isə cin və şeytanın sözləridir; o şair, bu isə şerdir; o öyrədilmiş, bu isə keçmişlərin əfsanələridir» deyirsiniz.)
Ondan (Peyğəmbərdən və onun Qur’anından bütün xeyir və səadətlərdən) dönən kimsə dönər. (Yaxud: Bu Peyğəmbərdən və Qur’andan Allahın əzəli elmində səadətdən məhrum olan şəxs döndərilər.)
Əz-Zariyat surəsi - Ayə 10
#51:10
Ölüm olsun (Peyğəmbər, Qur’an və məad barəsində iftira söyləyən) yalançılara!
Əz-Zariyat surəsi - Ayə 11
#51:11
(Nadanlıq) burulğan(ın)da (dinin həqiqətlərindən) qafil olanlara!
Əz-Zariyat surəsi - Ayə 12
#51:12
Onlar «cəza günü nə vaxtdır?» (deyə) soruşurlar.
Əz-Zariyat surəsi - Ayə 13
#51:13
Onların odun içində əzab verilib yanacaqları gün!
Əz-Zariyat surəsi - Ayə 14
#51:14
(Onlara belə deyiləcək:) «(Günahlarınızın müqabilində verilən və ya elə günahın təzahürü olan) əzabınızı dadın. Bu sizin (gəlişi üçün) tələsdiyiniz şeydir.»
Əz-Zariyat surəsi - Ayə 15
#51:15
Şübhəsiz, təqvalılar bağlarda və bulaqların başındadırlar.
Əz-Zariyat surəsi - Ayə 16
#51:16
Rəbblərinin onlara əta etdiyi (axirət nemətləri)ni alarlar. Çünki onlar bundan öncə (dünyada) yaxşı idilər və yaxşı işlər görürdülər.
Əz-Zariyat surəsi - Ayə 17
#51:17
Onlar gecənin az bir hissəsini yatırdılar.
Əz-Zariyat surəsi - Ayə 18
#51:18
Və səhərlər (Allahdan) bağışlanma diləyirdilər.
Əz-Zariyat surəsi - Ayə 19
#51:19
Və onların mallarında əl açanlar və məhrumlar üçün (Allahın bəyəndiyi və özləri tərəfindən müəyyənləşdirilmiş) bir haqq var idi.
Əz-Zariyat surəsi - Ayə 20
#51:20
Yer üzündə (onun böyüklüyü, həcmi, hərəkəti, səthinin vəziyyəti, mədənləri və dağlarında) yəqini olanlar üçün (Allahın tovhid, qüdrət, hikmət və mərhəmətinə dəlalət edən) nişanələr vardır.
60
Tapılan Ayə
6236
Ümumi Ayə
114
Sürə Sayı
3
Səhifə