Əsas məzmuna keç

Ali-İmran surəsi - 101-ci Ayə

Surə 3
Ayə 101

Azərbaycan dilində tərcümə

Allahın ayələri sizə oxunduğu halda və Onun Rəsulu sizin aranızda ola-ola necə küfr edirsiniz?! Kim Allaha sığınsa, doğrudan da, doğru yola hidayət olunmuşdur.
Ali-İmran surəsi , 101-ci ayə
Ali-İmran surəsi 101-ci ayə
Tam Surə

Ali-İmran surəsi 101-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 101

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Allahın ayələri sizə oxunduğu və Onun rəsulu aranızda olduğu halda necə küfr edirsiniz?! Allaha (Onun dini və Kitabına) sığınan, şübhəsiz, doğru yola hidayət olmuşdur.”
Bildirişlər
1. Azğınlıq və küfrün zəminəsi ya yol, ya da rəhbərin olmamasıdır. Amma ilahi kitab və sünnə, eləcə də, ilahi rəhbər olan yerdə azğınlığa yer yoxdur.
2. Küfr və azğınlığın qarşısını təkcə qanunlar ala bilmir. Bu işdə rəhbərin də olması zəruridir.
3. Allaha sığınma və təvəkkül, eləcə də, Ondan yardım diləmə bütün vəsvəsələrdən və azğınlıqlardan amanda qalmaq rəmzidir.
4. Allaha sığınma yolu hər kəsin üzünə açıqdır.
5. Allahdan qeyri istənilən bir şəxsə və ya məqama üz tutmaq çaşqınlıqdır.
6. Hərəkətdən də mühüm olan şey doğru yolun tapılması və həmin yolda hərəkətdir.
7. Hidayət Allaha bağlanmağın qəti nəticəsidir.
8. Allaha bağlanmaq agahanə seçimlə müşayiət olunan ciddi bir hərəkətdir və bu hərəkətin şərti övliyalarla yoldaşlıqdır. ("Cameə-Kəbirə” ziyarətində imam Hadi (ə) buyurmuşdur: "Allahın övliyalarına pənah aparma və təvəssül əslində insanın özünü Allahın himayəsində qərar verməsidir.”)