Əsas məzmuna keç

Ali-İmran surəsi - 99-cu Ayə

Surə 3
Ayə 99

Azərbaycan dilində tərcümə

De: «Ey kitab əhli, nə üçün Allahın yolunu özünüz (onun haqq olmasına) şahid olduğunuz halda əymək istəyərək iman gətirən şəxsi Allahın yolundan saxlayırsınız?! Allah etdiyiniz əməllərdən əsla qafil deyildir.»
Ali-İmran surəsi , 99-cu ayə
Ali-İmran surəsi 99-cu ayə
Tam Surə

Ali-İmran surəsi 99-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 99

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"De ki, ey kitab əhli! Nə üçün iman gətirənləri Allahın yolundan çəkindirirsiniz? Özünüz buna (bu yolun düz olduğuna) şahid olduğunuz halda onu əymək istəyirsiniz. Allah gördüyünüz işlərdən xəbərsiz deyil.”
Nöqtələr
Əvvəlki ayədə kitab əhlinin küfrü haqqında soruşuldu. Bu ayədə isə küfr edənlərə belə müraciət olunur: Özünüz ki, iman gətirməmisiniz və ilahi ayələrə küfr edirsiniz, nə üçün başqalarının Allah yolunu getməsinə mane olursunuz?!
Bildirişlər
1. Kitab əhli İslamın inkişafının qarşısını almaq üçün maneələr yaradır.
2. İslamla mübarizə yollarından biri də onun simasını təhrif etməkdir.
3. Düşmənlər hər an sizi azdırmaq üçün çalışırlar.
4. Düşmənlər sizin ayinlərinizin haqq olmasını bilirlər.
5. Fitnəni yaradan azğın alimlərdir.
6. Əgər Allahın hər an bizim əməllərimizdən xəbərdar olduğuna inansaq, xilaf işlərdən əl çəkərik.