Əsas məzmuna keç

Ali-İmran surəsi - 105-ci Ayə

Surə 3
Ayə 105

Azərbaycan dilində tərcümə

(Yəhudi və xristianların) parçalanan və aşkar dəlillər gəldikdən sonra ixtilafa düçar olan kəslər(i) kimi olmayın. Onlar üçün böyük bir əzab vardır.
Ali-İmran surəsi , 105-ci ayə
Ali-İmran surəsi 105-ci ayə
Tam Surə

Ali-İmran surəsi 105-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 105

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Aydın dəlil gəldikdən sonra da ixtilaf salıb pərakəndə düşənlər kimi olmayın. Onlar üçün böyük əzab var.”
Bildirişlər
1. Qədim ixtilafların acı tarixindən ibrət götürək.
2. İxtilafı təkcə cəhalət törətmir. Həvəslər də ixtilaf alovunu qızışdırır.
3. İxtilaf və təfriqə sizin dünyəvi qüdrətinizi süquta uğratmaqdan əlavə, qiyamətdə də cəhənnəm əzabına səbəb olur.