NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 107
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Amma üzü ağ olanlar Allahın rəhmətinə qərq olub onda əbədi qalarlar.”
Nöqtələr
Qiyamətdə insanların üzüağlığı və üzüqaralığı əslində dünyadakı hal və ruhiyyələrin təcəssümüdür. Dünya həyatında Allah vilayətini qəbul edənləri Allah zülmətlərdən nura çıxarır. Onlar həmin gün nurani çöhrə ilə görünürlər. Amma zalım hakimlərin vilayətinə tabe olanları həmin hakimlər nurdan həvəs, təfriqə, şirk, cəhalət zülmətlərinə sövq edirlər. Onlar qiyamətdə zülmət içində məhşur olurlar.
Quranda on altı dəfə imandan sonra küfr, iki dəfə İslamdan sonra küfr, üç dəfə Allaha pərəstişdən sonra buzovpərəstlik, iyirmi yeddi dəfə elm və aşkar dəlildən sonra inkar mövzuları bəyan olunmuşdur. Bütün bu hallar bizi dindən çıxmanın təhlükələrindən xəbərdar edir.