Əsas məzmuna keç

Ali-İmran surəsi - 124-cü Ayə

Surə 3
Ayə 124

Azərbaycan dilində tərcümə

O zaman möminlərə «Rəbbinizin (göydən) endirilmiş üç min mələklə sizə kömək etməsi bəsiniz deyilmi?!» deyirdin.
Ali-İmran surəsi , 124-cü ayə
Ali-İmran surəsi 124-cü ayə
Tam Surə

Ali-İmran surəsi 124-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 124

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Xatırla,) o zaman ki, möminlərə deyirdin: Nazil olmuş üç min mələklə Rəbbinizin sizə yardım etməsi sizə bəs deyilmi?!”
Bildirişlər
1. Xalqı ümidvar etmək və onların diqqətini qeybi yardımlara yönəltmək rəhbərlik vəzifələrindən biridir.
2. Döyüşçü üçün Allah lütfünə ümidvarlıq mühümdür.
3. Mələklər Allahın əmri ilə möminlərin xidmətində dururlar.
4. İlahi dünyagörüşündə insanların həyatı mələklər aləmi ilə əlaqədədir.
5. İlahi yardımlar Onun rübubiyyətinə əsaslanır.
6. Döyüş meydanında ilahi yardım vasitələrindən biri mələklərin nazil olmasıdır.