Əsas məzmuna keç

Ali-İmran surəsi - 126-cı Ayə

Surə 3
Ayə 126

Azərbaycan dilində tərcümə

Allah bunu (kömək vədəsini və mələklərin göndərilməsini) yalnız sizə müjdə olaraq və qəlblərinizin onunla rahatlıq tapması üçün etdi (çünki, adətən qəlblər əsas səbəbkara və amilə deyil, zahirdə görünən səbəb və vasitələrə yönəlir). Kömək və yardım yalnız yenilməz qüdrət və hikmət sahibi olan Allah tərəfindəndir (çünki bütün səbəblərin səbəbkarı və amili Onun istəyidir).
Ali-İmran surəsi , 126-cı ayə
Ali-İmran surəsi 126-cı ayə
Tam Surə

Ali-İmran surəsi 126-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 126

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Allah bunu (mələklərin nazil olmasını) sizin üçün bir müjdə qərar vermişdir ki, qəlbləriniz bununla aramlıq tapsın. (Bilin ki,) qələbə yalnız "əziz və həkim” Allah tərəfindəndir.”
Bildirişlər
1. Döyüş meydanındakı mücahidlərin aramlıq və ümidə ehtiyacları var.
2. Allahın iradəsi olmayan yerdə maddi, elmi, psixoloji və insani hazırlıqların səməri olmur.
3. Allahın qüdrəti Onun hikməti ilə yanaşıdır. Ona görə də müəyyən səbəblərdən müsəlmanlar da məğlub ola bilər.