Əsas məzmuna keç

Ali-İmran surəsi - 129-cu Ayə

Surə 3
Ayə 129

Azərbaycan dilində tərcümə

Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki yaratmaq, qorumaq, idarə etmək və aradan aparmaq, bunların hamısı Onun əlindədir). İstədiyini (və layiq bildiyini) bağışlayır və istədiyinə (bütün dəlillər təqdim olunub qurtardıqdan sonra) əzab verər. Allah çox bağışlayan və mehribandır.
Ali-İmran surəsi , 129-cu ayə
Ali-İmran surəsi 129-cu ayə
Tam Surə

Ali-İmran surəsi 129-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 129

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Göylərdə və yerdə olanlar Onundur. O (öz hikməti əsasında) istədiyini bağışlayır, istədiyinə əzab verir. Allah bağışlayan və mehribandır.”
Nöqtələr
Bu ayə əfv və ya cəzanın Allahın əlində olmasını bildirən əvvəlki ayəni təsdiqləyir. Çünki bütün varlıq aləminin yaranışı və onun üzərindəki hakimiyyət Allahın əlindədir. Maraqlıdır ki, ayədə əfv olunası və ya cəzalandırılası fərdlər müəyyənləşdirilmir. Beləcə, kimsədə qürur və ya ümüdsizlik yaranmır. Hamı qorxu və ya ümüd arasında qalır. Şübhəsiz ki, əfv və ya əzab ilahi hikmət əsasındadır və insanın özü tərəfdən həyata keçən şərtlərdən asılıdır.
Bildirişlər
1.Əfv və ya cəza haqqı göylərin və yerin hakimiyyəti əlində olana məxsusdur.
2. İlahi nizamda da əfv və mərhəmət əsas götürülmüşdür və öndə gəlir.