Əsas məzmuna keç

Ali-İmran surəsi - 130-cu Ayə

Surə 3
Ayə 130

Azərbaycan dilində tərcümə

Ey iman gətirənlər, artıq və bir neçə qat gəlir olan sələmi yeməyin və Allahdan qorxun, bəlkə nicat tapasınız.
Ali-İmran surəsi , 130-cu ayə
Ali-İmran surəsi 130-cu ayə
Tam Surə

Ali-İmran surəsi 130-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 130

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Ey iman gətirənlər! Ardıcıl artırmaqla sələm yeməyin. Allahdan çəkinin, bəlkə nicat tapasınız.”
Nöqtələr
Bu ayə özündən sonrakı səkkiz ayə ilə birlikdə Ühüd döyüşü ayələri arasında yerləşmişdir. Belə bir tərtibin səbəbi müdafiə sistemində əxlaqi və iqtisadi məsələlərin əhəmiyyətinin önə çəkilməsi ola bilər. Fərdləri ixlaslı, fədakar, xeyirxah, rəhbərə itaətçil olan bir cəmiyyət döyüşdə də müvəffəq olur. Pulpərəst, xəsis, itaətsiz, günahkar bir cəmiyyət isə, şübhəsiz, məğlub olacaqdır.
Sələmin qadağa ayələri bir neçə mərhələdə tədrici şəkildə nazil olmuşdur. İlk addımda yəhudilərin sələmçiliyi tənqid olunur.("Nisa”, 161. ) İkinci addımda qat-qat artıq alınan sələm qadağan edilir. Üçüncü addımda isə hətta bir dirhəm sələm haram edilir və Allahla döyüş kimi tanıtdırılır.
Bildirişlər
1. İlahi göstərişlərə əməlin bünövrəsi imandır.
2. Sələm qadağan olunmamışdan onun çirkin növləri haram buyurulur.
3. İqtisadi məsələlərdə təqvaya riayət etmək zəruridir.
4. Sələmçilik qurtuluş yolu deyil. İnsan təqva yolu ilə nicat tapa bilər.
5. Sələm yeyən həm dünya, həm də axirətdə ziyankarlardandır və nicat tapmaz. (Dünyada təbəqələrarası ixtilafı gücləndirdiyi və axirətdə Allahın qəhr və qəzəbinə düçar olduğu üçün.)