Əsas məzmuna keç

Ali-İmran surəsi - 136-cı Ayə

Surə 3
Ayə 136

Azərbaycan dilində tərcümə

Onların mükafatları öz Rəbbi tərəfindən bağışlanmaq və (ev və ağaclarının) altından çaylar axan cənnətlərdir. Orada əbədi qalacaqlar. Bu əməl sahiblərinin mükafatı necə də gözəldir!
Ali-İmran surəsi , 136-cı ayə
Ali-İmran surəsi 136-cı ayə
Tam Surə

Ali-İmran surəsi 136-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 136

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Rəbbi tərəfindən onların (müttəqilərin) mükafatı bağışlanma və ağacları altından çaylar axan bağlardır. Onlar daim orada qalarlar. Əməl sahiblərinin mükafatı necə də gözəldir!”
Nöqtələr
«Müttəqilər», «yaxşı əməl sahibləri», «əməl əhli» təbirləri üç ayənin sonunda ardıcıl təkrarlanır. Bu təkrarlardan məlum olur ki, təqva guşənişinlik, özünə qapılma halı yox, əməl və ehsan səhnəsində iştirakdır.
Bildirişlər
1. İnsan paklanmayınca behiştə daxil olmaq ləyaqəti tapmır.
2. Allahın əfvi və bağışlaması insanın tərbiyəsi üçündür.
3. İlahi lütflərə təkcə arzu vasitəsi ilə çatmaq olmaz. Bundan ötrü iş və əməl lazımdır.