Əsas məzmuna keç

Ali-İmran surəsi - 138-ci Ayə

Surə 3
Ayə 138

Azərbaycan dilində tərcümə

Bu (Qur’an), insanlar üçün (həqiqətlərə) aydınlıq gətirən və təqvalılar üçün başdan-başa hidayət və nəsihətdir.
Ali-İmran surəsi , 138-ci ayə
Ali-İmran surəsi 138-ci ayə
Tam Surə

Ali-İmran surəsi 138-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 138

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Bu (Quran), bütün xalq üçün aşkar bəyan, müttəqilər üçünsə hidayət və nəsihətdir.”
Nöqtələr
Ayədəki "bu” ("haza”) əvəzliyi ya 130-137-ci ayələrə, ya da əvvəlki ayədəki tarixin sünnə və ibrətlərinə işarədir.
Bildirişlər
1. Quran bütün əsrlərdə, bütün insanlar tərəfindən anlaşılan bir kitabdır.
2. Quran bütün xalqlar, bütün zamanlar və məkanlar üçündür.
3. Məqsədli səyahət hidayət amillərindəndir.
4. Quran bütün xalq üçün olsa da, ondan yalnız müttəqilər ibrət götürür.
5. İlahi ayələrdən istifadə və bəhrələnmədə insanların ruhiyyəsi təsirlidir.