Əsas məzmuna keç

Ali-İmran surəsi - 139-cu Ayə

Surə 3
Ayə 139

Azərbaycan dilində tərcümə

Heç vaxt (düşmən qarşısında) süstləşməyin və (düçar olduğunuz bəlalara görə) kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız siz üstünsünüz.
Ali-İmran surəsi , 139-cu ayə
Ali-İmran surəsi 139-cu ayə
Tam Surə

Ali-İmran surəsi 139-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 139

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər möminsinizsə, süst və qəmgin olmayın. Çünki siz üstünsünüz.”
Nöqtələr
Komandanlığa itaətsizlik səbəbindən Ühüd döyüşündə məğlub olmuş müsəlmanlar bir qədər ruhdan düşdülər. Ayə nazil oldu ki, məbada öz məğlubiyyətinizdən nəticə çıxarmayasınız. Möminlər imanlarını gücləndirməlidirlər. Çünki onlar üstündürlər.
Bildirişlər
1. Bir döyüşdə məğlubiyyət müsəlmanların son məğlubiyyəti demək deyil.
2. Rəhbər ruhiyyələri gücləndirməlidir.
3. İman və itaətə qayıtsanız, döyüşlərdə qalib gələcəksiniz.
4. İman sayəsində bütün dünyanı dizə çökdürmək olar.
5. Zahiri qələbə və məğlubiyyət meyar deyil. Üstünlük sağlam əqidə və sağlam təfəkkürdədir.
6. Materialist dünyagörüşündə silah və hərbi təchizat qələbə amili sayılır. İlahi dünyagörüşündə isə qələbə amili imandır.