Əsas məzmuna keç

Ali-İmran surəsi - 147-ci Ayə

Surə 3
Ayə 147

Azərbaycan dilində tərcümə

(Döyüşün şiddətli anlarında) onların dedikləri söz yalnız bu idi ki: «Ey Rəbbimiz! Bizim günahlarımızı və işimizdəki israfçılığımızı bağışla, qədəmlərimizi möhkəmləndir və bizə kafir dəstəyə qarşı kömək et.»
Ali-İmran surəsi , 147-ci ayə
Ali-İmran surəsi 147-ci ayə
Tam Surə

Ali-İmran surəsi 147-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 147

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

"Onların sözü yalnız bu idi ki, Pərvərdigara, günahlarımızı, işimizdə həddi aşmağımızı bağışla və addımlarımızı möhkəm et. Kafirlərə qarşı bizə yardım göstər.”

 

Bildirişlər
1. Döyüşdə məğlubiyyət amillərindən biri günah və israfdır. İxlaslı mücahidlər tövbə etməklə bu maneələri aradan qaldırırlar.
2. Öz məğlubiyyətinizi qəzavü-qədər və ya başqalarının günahı ilə əlaqələndirməyin. Öz qüsurlarınıza və təqsirlərinizə də nəzər salın.
3. Əvvəlcə tövbə, sonra isə qələbə, əvvəlcə bağışlanma istəyin, sonra qələbə diləyin.
4. Düşmən qarşısında təslim olmaq əvəzinə Allah hüzurunda bəndəliyinizi izhar edin.
5. Cihad və döyüş səhnələri insanı dua və tövbəyə sövq edir.
6. İlahi insanlar küfrü aradan qaldırmaq üçün Allahdan yardım diləyirlər. Onların məqsədi iftixar qazanmaq deyil.
7. Sayınızın çoxluğuna yox, ilahi lütfə arxalanın.