Əsas məzmuna keç

Ali-İmran surəsi - 148-ci Ayə

Surə 3
Ayə 148

Azərbaycan dilində tərcümə

Beləliklə, Allah onlara bu dünyanın mükafatını və axirətin gözəl mükafatını əta etdi. Allah yaxşılıq edənləri sevir.
Ali-İmran surəsi , 148-ci ayə
Ali-İmran surəsi 148-ci ayə
Tam Surə

Ali-İmran surəsi 148-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 148

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Allah onlara dünya mükafatı və üstün axirət mükafatı əta etdi. Allah xeyir əməl sahiblərini sevir.”
Nöqtələr
Bəlkə də mücahidlərin dünyəvi mükafatı dedikdə onların sabitqədəmliyi və qələbəsi, axirət savabı dedikdə isə onların günahlarının bağışlanması nəzərdə tutulur.
Bildirişlər
1. Dünyəvi mükafatlarla axirət mükafatları arasında böyük fərq var.
Dünya bəhrələri arasında acılıqlar da olur. Axirət mükafatı isə başdan-başa xeyirdir.
2. Dua, cihad, səbir, tövbə, Allaha iman və təvəkkül Allah sevgisi amillərindəndir. Əvvəlki ayələrdə bu mövzuya toxunuldu.