NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 151
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Küfr edən kəslərin qəlbinə tezliklə qorxu salacağıq. Çünki onlar dəlili nazil edilməmiş bir şeyi Allaha şərik qoşmuşlar. Onların yeri cəhənnəm odudur. Zalımların yeri necə də pisdir!”
Nöqtələr
Ühüddə müsəlmanlar məğlub olduqdan sonra Əbu-Süfyan və onun qoşunu bir müddət Mədinə ətrafında qaldı. Onlar deyirdilər: "Müsəlmanlar məhv oldular, onlardan kim qaldısa qaçdı. Yaxşı olar ki, geri dönüb onların kökünü kəsək.” Amma Allah onların qəlbinə elə bir qorxu saldı ki, məğlub olmuş kimi Məkkəyə qayıtdılar. Çünki onlar müsəlmanların hücum edəcəyindən qorxurdular.("Mənaqib”, c. 1, səh. 126. )
Bildirişlər
1. Allah düşmənin qəlbinə qorxu salmaqla müsəlmanlara yardım edir.
2. Allahdan qeyrisinə arxalanmaq şirk və qorxu amilidir. Necə ki, iman və Allah zikri arxayınlıq yaradır.
3. Müşriklər öz iddialarına dəlil gətirməkdə acizdirlər.
4. Əqidə məsələləri məntiq və dəlilə əsaslanmalıdır.
5. Dəlil qəlblərə nazil olmuş ilahi nurdur. Müşriklərdə belə bir nur yoxdur.
6. Şirk zülmdür. Ona görə ayənin sonunda zalımların pis sığınacağına işarə olunur.