Əsas məzmuna keç

Ali-İmran surəsi - 158-ci Ayə

Surə 3
Ayə 158

Azərbaycan dilində tərcümə

Ölsəniz də öldürülsəniz də şübhəsiz, Allaha tərəf toplanılacaqsınız.
Ali-İmran surəsi , 158-ci ayə
Ali-İmran surəsi 158-ci ayə
Tam Surə

Ali-İmran surəsi 158-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 158

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər ölsəniz və ya öldürülsəniz, hökmən Allaha doğru gətirilərsiniz.”
Nöqtələr
Bu ayədə "fi səbilillah”, yəni "Allahın yolunda” ifadəsi işlədilməmişdir. Söhbət istənilən bir yolda öldürülənlərin və ya ölənlərin Allaha doğru gətiriləcəyindən gedir. Bir halda ki, ölüm hamı üçün qətidir və qiyamət günü hamı Allahın qarşısında duracaq, nə üçün ən gözəl yolu seçməyək? Əgər ölüm və şəhadət Allaha doğru qayıdışdırsa, nə üçün şəhadətdən qorxaq? İmam Hüseyn (ə) buyurmuşdur:
Ölümə gedirsə bütün bu tənlər,
Haqq yolda şəhadət ən gözəl əsər.("Bihar” , c. 44, səh. 374)