Əsas məzmuna keç

Ali-İmran surəsi - 160-cu Ayə

Surə 3
Ayə 160

Azərbaycan dilində tərcümə

Əgər Allah sizə kömək etsə, sizə heç kəs qalib gələ bilməz və əgər sizi köməksiz qoysa, onda sizə Ondan sonra kim kömək edər?! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.
Ali-İmran surəsi , 160-cu ayə
Ali-İmran surəsi 160-cu ayə
Tam Surə

Ali-İmran surəsi 160-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 160

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər Allah yardım göstərsə, heç kim sizə qalib gəlməyəcək. Əgər sizi zəlil etsə, bundan sonra sizə yardım göstərə biləcək kimdir?! (Buna görə də) möminlər yalnız Allaha təvəkkül etməlidirlər.”
Nöqtələr
Əvvəlki ayədə təvəkkülə sifariş olundu. Bu ayədə Allaha təvəkül edilməsinin dəlili kimi izzət və zillətin yalnız Onun əlində olması göstərilir.
Hədisdə deyilir ki, həzrət Peyğəmbər (s) Cəbraildən soruşdu: "Allaha təvəkkül nədir?” Cəbrail dedi: "Biləsən ki, xalq sənə heç bir fayda və ya zərər verə bilməz və Allahdan qeyrilərindən ümidini tam üzəsən. Əgər insan bu dərəcəyə çatıb yalnız Allah üçün iş görsə, Allahdan qeyrisindən qorxmasa, yalnız Allaha ümidli olsa, bu, əsil təvəkküldür.”("Bihar” , c. 18, s.138. )
İmam Sadiq (ə) buyurmuşdur: "Əgər insanla günah arasında maneə olmasa və insan günaha batsa, bu ilahi yardımdan məhrumiyyət nəticəsidir.("Təfsire-bürhan”, c. 1, səh. 323. )
Bildirişlər
1. Təbii qələbələr digər amillərin təsiri altındadır. İlahi yardımlar isə amillərə tabe deyil.
2. İstər qələbə, istərsə də məğlubiyyət Allahın iradəsindən asılıdır.
3. İman Allaha təvəkküldən ayrı deyil.