Əsas məzmuna keç

Ali-İmran surəsi - 197-ci Ayə

Surə 3
Ayə 197

Azərbaycan dilində tərcümə

(Bu, dünyadan) azacıq bir bəhrələnməkdir, sonra isə onların yerləri Cəhənnəm olacaqdır. Ora pis bir qalacaq yeridir.
Ali-İmran surəsi , 197-ci ayə
Ali-İmran surəsi 197-ci ayə
Tam Surə

Ali-İmran surəsi 197-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 197

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Bu get-gəldən onların bəhrəsi) dəyərsiz bir matahdır.” Sonra onların əbədi yeri cəhənnəmdir. Cəhənnəm çox pis bir sığınacaqdır.”
Nöqtələr
Məkkə müşrikləri və Mədinə yəhudiləri ticarət səfərləri hesabına yaxşı yaşayırdılar. Müsəlmanlar isə Mədinəyə hicrət etdiklərindən, var-dövlətləri Məkkədə qaldığından iqtisadi cəhətdən çətinlik çəkirdilər. Bu ayə onlara təsəlli verir.
Həzrət Əli (ə) bir rəvayətdə buyurur: "Ardınca atəş gələn xeyir və xoşluğun dəyəri yoxdur.”("Bihar” , c. 8, səh. 199. ) Kafirlər üçün qısamüddətli ləzzət və əbədi əzab olduğu halda, möminlər üçün müvəqqəti çətinlik və əbədi rahatlıq var.
Bildirişlər
1. Peyğəmbərlərin də xəbərdarlığa ehtiyacı var. Bu xəbərdarlıqlar nəticəsində onlar başqalarının təsirindən amanda qalırlar.
2. Düşmənin siyasi, iqtisadi, hərbi heyətlər göndərib məclislər təşkil etməsi və müsahibələri sizi aldatmasın.
3. Maddi ləzzətlər nə qədər olursa olsun, məhdud və dəyərsizdir.
4. Kafirlərin rifah içində yaşaması onların haqq olması və sevilməsinə dəlil deyildir.