Əsas məzmuna keç

Ali-İmran surəsi - 199-cu Ayə

Surə 3
Ayə 199

Azərbaycan dilində tərcümə

Əlbəttə, kitab əhlindən Allah qarşısında təvazökarlıqla Allahın ayələri(ni təhrif etmək) ilə azacıq bir qazanc əldə etmədən Allaha, sizə nazil olana (Qur’ana) və onlara nazil olana (keçmiş səma kitablarına) iman gətirən kəslər vardır. Onların öz Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır. Şübhəsiz, Allah tez hesab çəkəndir (hesab baxımından heç kəsin mükafatını gecikdirmir).
Ali-İmran surəsi , 199-cu ayə
Ali-İmran surəsi 199-cu ayə
Tam Surə

Ali-İmran surəsi 199-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 199

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həqiqətən, kitab əhlindən bəziləri Allaha, sizə nazil olana və özlərinə nazil olana mütiliklə iman gətirmiş kəslərdir. Onlar ilahi ayələri ucuz qiymətə dəyişmirlər. Allahın yanında mükafatı olan da onlardır. Həqiqətən, Allah tez hesab çəkəndir.”
Nöqtələr
Bəzi təfsirçilər bildirirlər ki, bu ayə kitab əhlinin İslamı qəbul edənlərinə aiddir. Onların qırx nəfəri Nəcran əhli, otuz iki nəfəri Həbəşə əhli, səkkiz nəfəri isə Rum əhli idi.("Təfsire-Məcməül-bəyan”; "Təfsire-Kəbire-Fəxr Razi.” ) Amma digər bir qrup təfsirçi bildirir ki, ayə Həbəşə padşahı Nəcaşi haqqındadır. Bu şəxs hicri tarixi ilə doqquzuncu ildə, rəcəb ayında vəfat etmişdir. Onun vəfatından xəbər tutan İslam peyğəmbəri xalqa buyurdu: "Sizin hicazdan xaricdəki bir qardaşınız vəfat etdi. Onun xidmətlərinə görə namaz qılmaq üçün hazır olun.” Bu şəxsin kim olduğu barədə soruşdular. Həzrət buyurdu: "O Nəcaşidir.” Sonra müsəlmanlar İslam peyğəmbəri ilə birlikdə Bəqi qəbristanlığına gedib Nəcaşi üçün namaz qıldılar.("Təfsire-Dürrül-Mənsur”, c. 2, səh. 416. )
Bildirişlər
1. İnsafı gözləmək və kitab əhlinin yaxşılarını dəyərləndirmək lazımdır.
2. Əgər bir qrup iman gətirməyib həqiqəti gizlədirsə, digər bir qrup mütiliklə iman gətirir.
3. Müti şəkildə yerinə yetirilən və əhatəli imanın dəyəri var. İman möhkəm olmalı, maddiyyata görə dəyişməməlidir.
4. Dinini satan kəs əvəzində nə alsa aldanır.