Əsas məzmuna keç

Ali-İmran surəsi - 3-cü Ayə

Surə 3
Ayə 3

Azərbaycan dilində tərcümə

Özündən qabaqkıları (peyğəmbərləri, şəriətləri və səmavi kitabları) təsdiq edən bu kitabı haqq olaraq (və ali və əqlani bir məqsədlə) sənə tədricən nazil etdi. Tövrat və İncili (onların hər birini isə) birdəfəlik və məcmu halında nazil etdi,
Ali-İmran surəsi , 3-cü ayə
Ali-İmran surəsi 3-cü ayə
Tam Surə

Ali-İmran surəsi 3-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 3

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"O, kitabı sənə haqq olaraq nazil etdi. O, əvvəlki kitabları təsdiq edəndir. Tövrat və İncili O endirdi.”
Nöqtələr
"Tövrat” sözü ibrani dilində şəriət, qanun deməkdir. Hazırda Tövrat beş hissədən ibarətdir: "Yaranış kitabı”, "Xüruc kitabı”, "Laviyyin (Yaqub oğlu Lavi) kitabı”, "Ədədlər kitabı”, "Cütlük kitabı”. Tövratda həzrət Musanın vəfatı və dəfni haqqında danışılması onu göstərir ki, bu kitabdakı məsələlər həzrət Musadan sonra toplanmışdır.
"İncil” sözü yunan sözüdür və "müjdə” mənasını verir. İncil məsihilərin səmavi kitabıdır. Quran istənilən bir yerdə İncil adını tək formada işlətmişdir. Amma hazırda məsihilərin əlində hər biri həzrət İsadan sonra onun ardıcılları tərəfindən yazılmış çoxsaylı incillər vardır. Bu incillər onları toplayanların adı ilə tanınır: «Mətta incili», «Mərqus incili», «Luka incili», «Yuhənna incili.»
Bildirişlər
1. Səmavi kitabın göndərilməsi Allahın qəyyumluq cilvəsidir.
2. Quranın peyğəmbərə nazil edilməsi onun şəxsiyyətini və Allahın onu uca tutmasını göstərir.
3. Quran istənilən bir yanlışlıqdan uzaqdır və həqiqətə əsaslanır.
4. Peyğəmbərlərin səmavi kitabları bir-birini təsdiq edir.
5. Əvvəlki səmavi kitabların təsdiqi, allahpərəstlərin vəhdət amilidir və başqalarını dəvət şivələrindən biridir.
6. Quranın Tövrat və İncili təsdiq etməsi əvvəlki dinlər üzərində böyük haqdır. Əks təqdirdə, Tövrat və İncilə qatılmış xurafatlar onları biryolluq unutdurardı.
7. Allahın tərbiyə mərhələləri, Onun vasitə və göstərişləri müxtəlif zaman və şəraitlərdə fərqli olsa da, daim təkamül ahəngi və vahid hədəfə malik olmuşdur.