Əsas məzmuna keç

Ali-İmran surəsi - 5-ci Ayə

Surə 3
Ayə 5

Azərbaycan dilində tərcümə

Şübhəsiz, yerdə və göydə olanlardan heç bir şey (o cümlədən sizin iman və küfrünüz) Allaha gizli deyildir.
Ali-İmran surəsi , 5-ci ayə
Ali-İmran surəsi 5-ci ayə
Tam Surə

Ali-İmran surəsi 5-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 5

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həqiqətən, nə yerdə, nə də göydə heç bir şey Allaha gizli qalmaz.”
Nöqtələr
Bir neçə ayə əvvəl Allahın qəyyumluğundan danışıldı. Bu ayədə isə hər şeyin Ona aşkar olması bildirilir. Bu da Onun qəyyumluq cilvələrindən biridir.
Bildirişlər
1. Allah hər şeydən agahdır. Biz və bütün qalan varlıq aləmi hər bir an Allahın hüzurundayıq. Gəlin Allahın hüzurunda günah etməyək. Əvvəlki ayəyə nəzər salmaqla aydın olur ki, kimsənin küfr və günahı Allaha gizli deyil.
2. Fərdlərin, əməllərin, məkanların və zamanların çoxluğu nəyinsə Allahdan gizli qalmasına səbəb olmur.