Əsas məzmuna keç

Ali-İmran surəsi - 50-cu Ayə

Surə 3
Ayə 50

Azərbaycan dilində tərcümə

«Özümdən əvvəlki Tövratı təsdiq edirəm və sizə haram olmuş şeylərin bəzisini (şənbə günü balıq ovlamağı, dəvə ətini, dördayaqlıların bədənlərinin yağını) halal etmək üçün (gəlmişəm). Və sizin üçün Rəbbiniz tərəfindən (öz peyğəmbərliyimə dair) nişanə gətirmişəm. Odur ki, Allahdan qorxun və mənə itaət edin».
Ali-İmran surəsi , 50-cu ayə
Ali-İmran surəsi 50-cu ayə
Tam Surə

Ali-İmran surəsi 50-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 50

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(İsa buyurdu:) Mən özümdən qabaq gəlmiş Tövratı təsdiq edənəm. (Gəlmişəm ki,) sizin üçün haram olmuş bəzi şeyləri halal edəm, Rəbbiniz tərəfindən sizə bir nişanə gətirəm. Allahdan çəkinin və mənə itaət edin.”
Nöqtələr
Bu ayədə ötən qanunlara ehtiram, vəzifələrin yüngülləşdirilməsi ilə bağlı müjdə, ilahi təqva və rəhbərə itaət mövzuları bəyan olunmuşdur.
"Ənam” surəsinin 146-cı ayəsində Allah-təala buyurur: "Zülmlərinə görə yəhudiləri tənbeh edib, bütün dırnaqlı heyvanları onlara haram qıldıq. Eləcə də, inək və qoyunun piy və yağını - onların bel, bağırsaq və sümüklərinə yapışan bir hissəsi istisna olmaqla - yəhudilərə haram buyurduq...” Bəlkə də bu ayədə İsa tərəfindən halal edilənlər də həmin haramlardandır.
Harada islah və irşad məqsədi olsa, bəzi nöqtələr nəzərdə saxlanmalıdır: başqalarının müştərək və düzgün üsulları qəbul olunmalıdır: hətta hansısa həddə onların müqəddəsliklərinə də ehtiram göstərilməlidir; açıq fəza və azadlıqlarla müjdə verilməlidir; ilahi qanunlar çərçivəsində hərəkət edilməlidir.
Bildirişlər
1. Peyğəmbərlər bir-birlərini qəbul və təsdiq edirlər.
2. Din bir qığılcım yox, cərəyandır və bütün peyğəmbərlərin vahid hədəfi olmuşdur.
3. Məhrumiyyətlərin aradan qaldırılması, düzgün və düşüncəli azadlıqların verilməsi xalqın istiqbal rəmzidir.
4. Əvvəlki dinlərdə bəzən Allah müvəqqəti cərimə olaraq məhdudiyyətlər qoymuşdur.
5. Peyğəmbərlər təkvini vilayətə malik olduqları kimi, varlıq aləmində də təsir gücünə sahibdirlər. Onlar həm də təşrii vilayət sahibidirlər və qanun tənzimləyirlər.
6. Qanunu yalnız Allahın rəsulu və möcüzələrə malik şəxs dəyişə bilər.
7. Möcüzə Allahın rübubiyyət şənidir və xalqın hidayəti, tərbiyəsi üçündür.
8. Təəssüb və höcətkeşlik səbəbindən dəyişiklikləri qəbul etməyənin təqvası yoxdur.
9. Peyğəmbərə itaət təqva şərtidir.