Əsas məzmuna keç

Ali-İmran surəsi - 51-ci Ayə

Surə 3
Ayə 51

Azərbaycan dilində tərcümə

«Şübhəsiz, Allah mənim Rəbbim və sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Budur doğru yol!»
Ali-İmran surəsi , 51-ci ayə
Ali-İmran surəsi 51-ci ayə
Tam Surə

Ali-İmran surəsi 51-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 51

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Ona pərəstiş edin, bu, doğru yoldur.”
Nöqtələr
Hazırda İsanı Allahın oğlu kimi tanıtdıran incillərin ziddinə olaraq, Quran "mənim Rəbbim və sizin Rəbbiniz” ifadəsini həzrət İsanın dilindən nəql edir və bununla da yanlış təfəkkürlərin və həzrət İsa haqqında yersiz iddiaların qarşısını alır. Çünki Allah həm İsanın, həm də başqalarının Rəbbidir.
Bir halda ki, hansısa yolu getməliyik, Allahın və Ona bəndəliyin doğru və azğınlıqdan uzaq yolunu qəbul edək. Çünki digər yollarda büdrəmələr, məhdudiyyətlər və zalım hakimlərin nəfs istəyinə tabeçilik var.
Bildirişlər
1. Bizim ibadətimizin fəlsəfəsi Allahın rübubiyyətidir.
2. İsa məxluq olmaqda və tərbiyəyə tabeçilikdə başqaları kimidir.
3. Allaha ibadət və bəndəlik həqiqi səadət yoludur.