Əsas məzmuna keç

Ali-İmran surəsi - 60-cu Ayə

Surə 3
Ayə 60

Azərbaycan dilində tərcümə

(Bu mətləb) sənin Rəbbin tərəfindən olan sabit bir həqiqətdir. Odur ki, əsla şübhə edənlərdən olma!
Ali-İmran surəsi , 60-cu ayə
Ali-İmran surəsi 60-cu ayə
Tam Surə

Ali-İmran surəsi 60-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 60

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

"Həqiqət sənin Rəbbin tərəfindən olandır. Belə isə, şübhə edənlərdən olma.”

 

Nöqtələr
"Mumtərin” sözü "miryə” sözündən olub, şəkk-şübhə deməkdir. Bu ayə eynən "Bəqərə” surəsində də (ayə 147) buyurulmuşdur. Ayədən aydın olur ki, yalnız haqq və sabit olan Allah tərəfindən deyilən söz haqq və möhkəmdir, nəfs istəkləri tufanında daim dəyişən insanlardan isə möhkəm qanun və söz gözləmək olmaz.
Bildirişlər
1. Haqqın bəyanı rübubiyyət və tərbiyə rəmzidir.
2. Sabitlik və həqiqət yalnız Allahın yolunda, Allahın kəlamında və Allahın qanunundadır.
3. Müxaliflərin çoxluğu, səyləri, sərvət və təbliğatları əqidəmizə təsir göstərməməlidir.