Əsas məzmuna keç

Ali-İmran surəsi - 59-cu Ayə

Surə 3
Ayə 59

Azərbaycan dilində tərcümə

Həqiqətən, Allah yanında İsanın hekayəti, (yaradılışının necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona «(canlı insan) ol!» dedi, o da oldu. (Sanki sən onun olmasını görürdün. Əlbəttə Adəmin cüssəsi çöldə, İsanınkı isə ana bətnində yaradıldı və onların hər ikisi Allahın əzəli əmri ilə, atasız insan oldular. Əgər belə bir iş allahlığa dəlalət edirsə, onda gərək onların hər ikisi allah olsunlar.)
Ali-İmran surəsi , 59-cu ayə
Ali-İmran surəsi 59-cu ayə
Tam Surə

Ali-İmran surəsi 59-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 59

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həqiqətən, Allah üçün İsanın (yaranış) tərzi Adəmin (yaranış) tərzi kimidir. Allah onu torpaqdan yaratdı və sonra buyurdu: "Ol!” O da mövcud oldu.”
Nöqtələr
Məsihilərdən bir dəstəsi Mədinəyə gəlib peyğəmbərin hüzuruna yetişdilər. Onlar peyğəmbərlə söhbətdə İsanın dünyaya atasız gəlməsini onun ilahilik nişanəsi kimi təqdim etdilər. Bu ayə nazil oldu və məsihilərə belə cavab verildi: «Əgər atasız anadan olma Allahlıq və ya Allahın övladı olmağa dəlildirsə, bu işdə Adəm İsadan da qabaqda gəlir. Çünki onun nə atası, nə də anası olmuşdur. Bəs nə üçün Adəmi Allah və ya Allahın övladı saymırsınız?!»
Bildirişlər
1. Müxalifləri qəbul etdikləri yolla haqqa çağıraq. Məsihilər qəbul edirdilər ki, Adəm Allahın məxluqudur. Halbuki Adəmin ata-anası yoxdur.
2. Tarixə, keçmişin tərcüməsinə istinad, eləcə də, qeybi nümunələrin bəyanı ən yaxşı dəvət yoludur.
3. Yaranış aləmində Allahın qüdrəti qeyri-məhduddur.