NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 73
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Yəhudi böyükləri öz ardıcıllarını İslamın qəbulundan çəkindirmək üçün onlara deyirdilər:) «Sizin ayinlərinizə itaət edənlərdən başqasına iman gətirməyin.» (Ey peyğəmbər, onlara) de ki, səadət yolu Allahın göstərdiyi yoldur. Digər bir ümmətə də sizə verildiyi kimi (kitab və şəriət) verilməsi, Allah hüzurunda onların sizlə mübahisəsi mümkündür. (Ey peyğəmbər, onlara) de ki, fəzl və rəhmət Allahın əlindədir. O, istədiyinə əta edir. Allah geniş rəhmət və sonsuz elm sahibidir.”
Nöqtələr
Kitab əhli yəhudilərin İslama üz tutmasından narahat idilər. Bu meylin qarşısını almaq üçün təbliğ edirdilər.
Bildirişlər
1. İslam düşmənləri öz qurğularında məxfi iş görülməsini və yalnız özlərinə etimadı tövsiyə edirlər. İman sözünün bir mənası da etimad və arxayınçılıqdır.
2. İlahi hidayət tarix boyu davam etmiş bir cərəyandır. O, xüsusi bir qövmə xas deyil.
3. Təəssüb və özünü üstün bilmək dindarlığın bəlalarından biridir.
4. Allahın lütfləri xüsusi bir dəstəyə aid deyil. Nübuvvət və hidayət ilahi bir fəzldir və Allah onu istədiyinə verər.
5. Allah peyğəmbərləri elm əsasında seçir.