NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 75
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Kitab əhli arasında elələri var ki, əgər onlara böyük sərvət tapşırsan, onu sənə necə varsa elə qaytararlar. Onlardan bəzisinə isə bir dinar əmanət versən, daim başı üzərində durub tələb etməsən, geri qaytarmazlar. Bunun səbəbi odur ki, deyərlər: "Ümmilərin (kitab əhli olmayanların) haqqında nə etsək, bizə günah yoxdur.” Halbuki onlar agah şəkildə Allaha yalan deyirlər.”
Nöqtələr
Rəvayətdə bildirilir ki, əmanət sahibi günahkar da olsa, onun əmanətini özünə qaytarın.(Təfsire-Məcməül-bəyan”, c. 2, səh. 778.)
Bildirişlər
1. Müxaliflərinizlə münasibətdə insaflı olun. Hamını xain saymayın.
2. İnsanları dəyərləndirmə ölçüsü onların əmanətdarlığıdır.
3. Əxlaqi dəyərlərin əhəmiyyəti var. Əmanətə vəfa göstərmək hamının nəzərində yaxşı, əmanətə xəyanət isə hamının nəzərində pisdir. Hətta yəhudiyə məxsus əmanətin də qaytarılması bir dəyərdir.
4. Haqqı geri almaq üçün qiyam və müqavimət zəruridir.
5. İstismar, irqçilik qadağandır.
6. Yəhudi və məsihilər özlərini alim, müsəlmanları isə savadsız, ümmi sayırdılar.
7. Günahdan qabaq günaha diqqət gəlir. Yəhudilər xalqın malını haqsız yerə yeyirdilər və deyirdilər: «Allah bu işimizdən razıdır.»