Əsas məzmuna keç

Ali-İmran surəsi - 8-ci Ayə

Surə 3
Ayə 8

Azərbaycan dilində tərcümə

(Onlar deyərlər:) «Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma və bizə Öz tərəfindən bir rəhmət bəxş et, çünki, çox-çox bağışlayan Sənsən!»
Ali-İmran surəsi , 8-ci ayə
Ali-İmran surəsi 8-ci ayə
Tam Surə

Ali-İmran surəsi 8-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 8

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Elmdə möhkəm olanlar deyir:) Pərvərdigara! Bizi hidayət etdikdən sonra qəlblərimizi azğınlığa sövq etmə. Öz tərəfindən bizə bir rəhmət bağışla. Həqiqətən də, Sən Özün çox bağışlayansan.”
Bildirişlər
1. Öz elm və biliyimizlə qürrələnməyək. Allahdan hidayət istəyək.
2. Gerçək elmin və elmdə möhkəmliyin nişanəsi Allaha diqqət və Ondan yardım diləməkdir.
3. Hidayət və azğınlığın meydanı qəlb və düşüncədir.
4. Düz yolda olmaq mühüm deyil. Düz yoldan çıxmamaq çox əhəmiyyətlidir.
5. Daimi və minnətsiz hədiyyə və bəxşiş Allah tərəfindəndir.