Əsas məzmuna keç

Ali-İmran surəsi - 10-cu Ayə

Surə 3
Ayə 10

Azərbaycan dilində tərcümə

Həqiqətən, kafirlərin nə malları və nə də övladları onlardan Allah(ın əzabın)dan olan heç bir şeyi əsla uzaqlaşdırmayacaqdır. Onlardır (Cəhənnəm) odun(un) yanacaqları!
Ali-İmran surəsi , 10-cu ayə
Ali-İmran surəsi 10-cu ayə
Tam Surə

Ali-İmran surəsi 10-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 10

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
Həqiqətən, küfr edənlərin nə malları, nə də övladları ilahi əzab qarşısında onların karına gəlməz. Onlar özləri od üçün çırpı, yanacaqdırlar.”
Nöqtələr
"Vəqud” yanacaq maddəsi mənasındadır. Cəhənnəm odu iki vasitə ilə alovlanır: Daşlar və insanlar.(bax: "Bəqərə”, 24. )Xasiyyətlər, düşüncələr, əməllər insanın şəxsiyyətini parçalayar və insan yanacağa dönüb özünün yanmasına səbəb olar.
İnsanın dünya və axirətdəki gerçək ehtiyaclarını Ondan qeyrisi təmin edə bilməz. İnsan bütün hallarda Ona möhtacdır.
Bildirişlər
1. Mal və övladla qürrələnməyin. Allahdan qeyrisinə ünvanlanmış istənilən bir vurğunluq məhkumdur.
2. Küfr insanı insanlıq dairəsindən çıxarıb, onu əşya səviyyəsinə endirir.