NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 91
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həqiqətən, küfr edib küfr halında (tövbəsiz) ölənlər yeri qızılla doldurub fidyə olaraq əvəz versələr, onların heç birindən heç vaxt qəbul olunmaz. Onlar üçün dərdli əzab var. Onların heç bir yardımçısı yoxdur.”
Nöqtələr
Dünya və axirət arasında fərqlər mövcuddur. O cümlədən:
1. Dünyada insanın qəm-qüssəsi başqalarına sirayət edir. Axirətdə isə belə deyil.
2. İnsan dünyada üzrxahlıq, kəffarə ödəmək, yalan və hiylə, tövbə və nalə vasitəsi ilə öz problemini həll edə bilir. Axirətdə isə başqa cürdür.
3. Dünya acılıqlarını aradan qaldırmaq olur. İnsan acılıqlara adət etdikdə onlar azalır. Axirətdə isə belə deyil.
Bildirişlər
1. Ən böyük təhlükə kafir halda ölməkdir. Müsəlman ölmək isə peyğəmbərlərin arzusudur.
2. Qiyamətdə dünya malı kara gəlmir. Yer tutan qədər qızılın qiyamətdə qara qəpik qədər dəyəri yoxdur.
3. İmanın dəyəri bütün maddiyyatın fövqündədir. Qiyamətdə yalnız iman insana nicat verə bilir.
4. Kafir halda ölüm şəfaət yolunu da bağlayır.