Əsas məzmuna keç

Ali-İmran surəsi - 93-cü Ayə

Surə 3
Ayə 93

Azərbaycan dilində tərcümə

Tövrat nazil olmamışdan qabaq İsrailin (Yəqubun xəstəliyə və ya etdiyi nəzrə görə) özünə haram etdiyi şeylərdən (dəvə əti və südündən) başqa bütün yeməklər İsrail övladlarına halal idi. (Deməli pak olan şeylərdən bəzilərinin Tövratda haram edilməsinin səbəbi onların keçmiş şəriətdən qalmaları deyil, İsrail övladlarının günahlarıdır.) De: «Əgər doğru deyirsinizsə (belə deyilsə) onda Tövratı gətirin və onu oxuyun (ki, Tövratda haram edilən yeməklərin cəza xarakterli hökmlər olması sübuta yetsin)
Ali-İmran surəsi , 93-cü ayə
Ali-İmran surəsi 93-cü ayə
Tam Surə

Ali-İmran surəsi 93-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 93

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Bütün qidalar və xörəklər Bəni-İsrail üçün halal idi. Yalnız Tövrat nazil olmamışdan qabaq İsrailin (Yaqubun) özünə haram etdiyi şeylərdən başqa! De ki, əgər düz deyirsinizsə (ki, bunlar əvvəlcədən Tövratda haram olmuşdu), Tövratı gətirin və onu tilavət edin. (Görün ki, bir çox şeyləri vəhy nazil olmadan özünüzə haram etmisiniz.)