Əsas məzmuna keç

Ali-İmran surəsi - 94-cü Ayə

Surə 3
Ayə 94

Azərbaycan dilində tərcümə

Buna görə də kim bundan sonra Allaha yalan nisbət versə (və Tövratın haram etdiyi şeylərin keçmiş şəriətdən qalmasını desə), məhz onlardır zalımlar!
Ali-İmran surəsi , 94-cü ayə
Ali-İmran surəsi 94-cü ayə
Tam Surə

Ali-İmran surəsi 94-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 94

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Bundan sonra hər kəs Allaha yalan aid etsə, onlar zalımdırlar.”
Nöqtələr
Təfsirdə deyilir ki, Bəni-İsrail dəvə əti və dəvə südünü haram etməməsini İslam peyğəmbərinə eyb tuturdular. Onlar bununla İslam ayinlərinin İbrahim, Musa və İsa ayinləri ilə uyğun gəlməməsini bildirmək istəyirdilər. Bu ayə onlara cavab olaraq nazil edildi və bəyan olundu ki, bütün qidalar Bəni-İsrail üçün halal idi. Yalnız həzrət Yaqub bəzi qidaları özünə haram etmişdi. Bəzi təfsirlərdə bildirilir ki, həzrət Yaqub dəvə əti ona zərərli olduğu üçün bu ətdən istifadə etmirdi. Bəni-İsrail isə bunu şəri və əbədi bir qadağa kimi qəbul etmişdi.("Təfsire-Əyyaşi”, c. 1, səh. 184. )
İnsanın ağzında dad verən şeylər "təam” adlanır. "Hill” sözü "iqd” sözünün müqabilində işləndikdə azadlıq mənasını verir.
Bildirişlər
1. Qidaların halallığı səmavi dinlərdə dəyişməz bir əsasdır.
2. Dəlilsiz və şəri qadağasız halalları haram bilməyin.
3. Ən yaxşı dəlil qarşı tərəfin əqidə və səmavi kitabından olan dəlildir.