Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 169-cu Ayə

Surə 2
Ayə 169

Azərbaycan dilində tərcümə

O sizə yalnız pislik və çirkinlikləri, həmçinin bilmədiyiniz şeyləri Allaha nisbət verməyi əmr edir.
Əl-Bəqərə surəsi , 169-cu ayə
Əl-Bəqərə surəsi 169-cu ayə
Tam Surə

Əl-Bəqərə surəsi 169-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 169

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
("Həqiqətən, şeytan) sizə yalnız çirkinliyi və pisliyi, Allah haqqında bilmədiyiniz şeyləri deməyi əmr edir.”
Nöqtələr
"Ruhul-bəyan” təfsirində bəyan olunmuşdur ki, şeytan öz vəsvəsələrində mərhələlər ötüb keçir: Əvvəlcə küfrə dəvət edir. Elə ki, müvəffəq olmadı, bidətə çağırır. Yenə də bir şey əldə edə bilməsə, böyük günahlara çağırır. Növbəti dəfə əliboş qaldıqda kiçik günahları önə çəkir. Bəndəni kiçik günahlara da batıra bilməyən şeytan ibadət əvəzində mübah işləri əhəmiyyətli göstərir. Bu dəfə də əli boşda qaldıqda ən aşağı mərhələdəki ibadətlərə çağırır ki, insan uca məqamlardan məhrum olsun.
Şeytanın əmri onun vəsvəsələrindən ibarətdir. O insanın azadlığını əlindən alıb, onu günaha məcbur edə bilməz.
Şeytanın əmrinə təslimçilik bizim zəifliyimizi göstərir. Zəif insan şeytanın vəsvəsələrini özünə ağa kimi qəbul edir.("Nəhcül-bəlağə”, hikmət. 147. ) İlahi övliyalar isə elə bir məqama çatmışlar ki, şeytan onlara nüfuz edə bilmir.("Təfsiri-Safi”. )
Bildirişlər
1. Şeytanın düşmənçilik əlamətləri Allaha qarşı günah və iftiraya sövq edən vəsvəsələrdir.
2. Şeytan həm günaha batmaq əmri verir, həm də onu ört-basdır etmək yolunu göstərir. Pislik və günaha əmr Allaha qarşı həmin iftira və günah göstərişi və bu göstərişə don geydirilməsidir.
3 Elmə malik olmadan dini hökmlər haqqında fikir yürütmək və fitva haramdır.
4. Hətta şəkk-şübhə məqamında da bir şeyi Allaha aid etmək olmaz. İndi özünüz qiymətləndirin ki, hansısa sözü bilərəkdən Allaha aid etmək nə deməkdir! Ona görə də Quranın təfsiri və hökmlərin bəyanında diqqətli olmaq lazımdır.