NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 171
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Kafirlər səs və nidadan başqa bir şey eşitməyib çağırılan kəs kimidirlər. Onlar karlar, lallar və korlardır. Bu səbəbdən də düşünmürlər.”
Nöqtələr
Dua” yaxından çağırma, "nida” uzaqdan çağırma mənasını bildirir.
Bu ayədə iki təşbeh var: Haqqa çağıran kəs çobana, kafirlər isə çobanın dediklərindən yalnız onun fəryadını anlayan heyvanlara bənzədilir. Yəni Peyğəmbərə bildirilir ki, o, imansız qövmü haqqa çağırmaqda və yüzlərlə kor-koranə təqlidi aradan qaldırmaqda qoyunları təhlükədən qurtarmaq üçün səsləyən şəxsə bənzəyir. Amma bu fəryadı dərk etmirlər. Çünki onların gözləri və qəlbləri bağlanmışdır və əslində lal, kar, kordurlar.
Bildirişlər
1. Göz, qulaq və dil o zaman faydalı olur ki, düşüncəyə müqəddimə olsun. Yoxsa elə heyvanların da gözü və qulağı var.
2. Yalnız düşüncə ilə yanaşı sorğu, dinləmə və görmə tanıma yoludur.
3. Haqqın dəvəti qarşısında biganəlik göstərənlərdə beş çirkin sifət var. Heyvanlıq, korluq, karlıq, lallıq, ağılsızlıq.