Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 202-ci Ayə

Surə 2
Ayə 202

Azərbaycan dilində tərcümə

Əldə etdiklərindən payları olacaq kəslər onlardır. Allah çox tez hesab çəkəndir (bir göz qırpımında Qiyaməti bərqərar edəcək və yaradılmışların aşkar və müfəssəl hesabından qabaq, bir anın içində onların hamısının gizlin və müxtəsər hesabını aparacaqdır).
Əl-Bəqərə surəsi , 202-ci ayə
Əl-Bəqərə surəsi 202-ci ayə
Tam Surə

Əl-Bəqərə surəsi 202-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 202

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Onların öz kəsbindən (duasından) bəhrəsi və qisməti var. Allah sürətlə hər kəsin hesabına yetişər.”
Nöqtələr
Bəhrəyə ayədə "nəsib” deyilmişdir. Sanki insan üçün pay ayrılmışdır. Möminlər təkcə "Rəbbəna atina” duasından faydalanmırlar. Onlar öz təlaş və kəsblərindən də bəhrələnirlər. Bu bizə xəbərdarlıq edir ki, Allahın lütfü dua ilə yanaşı, çalışıb səy göstərənlərə aiddir.
Bildirişlər
1. İnsan qiyamətdə yalnız bəzi işlərindən faydalanır. İnsan bir çox işləri Allaha yaxınlıq məqsədi ilə, xalis niyyətlə görmədiyindən qiyamətdə həmin işlərdən bəhrələnmir.
2. Səy və təlaşsız heç bir bəhrə yoxdur.
3. Dərhal verilən mükafat bir imtiyazdır. (Həzrət Əli (ə) buyurmuşdur: "Allah bütün xalqın hesabına birdəfəyə yetişər. Necə ki, bütün xalqa birdəfəyə ruzi verir.”)