NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 204
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Xalq arasında eləsi var ki, onun dünya həyatı haqqındakı danışığı səni təəccübləndirir. O, Allahı qəlbinə olan hər şey üçün şahid tutur, (halbuki) o ən qatı düşmənlərdəndir.”
Nöqtələr
"Ludd” sözü düşmənçilik mənasını verir. "Ələdd” isə qatı düşmənçilik edənə deyilir. "Xisam” sözü də düşmənçilik mənasındadır.
Münafiqlər öz hiyləgər müqayisələri, rəqəmləri, ixtisasları, təcrübələri, zahirən elmi söhbətləri, şayiələri, hədələri, təbliğatları ilə yalnız bu maddi həyatda manevr qüdrətinə malikdirlər. Mənəviyyat meydanında, qeybi yardımlara, Allahın iradəsinə diqqətdə isə axsayırlar. Axirətdə də onların dilləri bağlı olacaq. Hətta onlara üzr istəmək icazəsi də verilməyəcək.
Bildirişlər
1. Münafiqlərin iti və ovsunlu sözləri sizi aldatmasın.
2. Hər anda inanmayın.
3. Yalan and münafiqlərin nüfuz yollarındandır. Düşmənlər həmişə müqəddəsliyə qarşı müqəddəslikdən, dinə qarşı dindən istifadə edirlər. Onlar Allaha and içməklə Allahın peyğəmbərinə xəyanət edirlər.
4. Münafiqlər öz söhbətlərini dünyəvi məsələlər üzərində qururlar ki, başqalarını öz təsirləri altına sala bilsinlər.
5. Allah öz peyğəmbərini qeybdən və başqalarının qəlbindən xəbərdar edir.
6. Öz yalançılıqlarını bilənlər andlar və gözəl sözlərlə özlərini xalis və canıyanan göstərirlər.