NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 259
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Ya o kəs ki, (Üzeyr) divarları çökmüş və damlarının üzərinə uçulmuş kəndin yanından keçərkən oranın əhlini ölmüş, sümüklərini ətrafa səpələnmiş görüb, (öz-özünə) dedi: "Allah ölümdən sonra bunları necə dirildir?” Allah da onu yüz il öldürüb, sonra diriltdi (və ona) buyurdu: "Nə qədər yubandın?” Dedi: "Bir gün, ya günün bir hissəsini yubanmışam! Buyurdu: "Xeyir, sən yüz il yubanmısan, öz yemək-içməyinə bax, (illərin ötməsi ilə) dəyişməmişdir. Ulağına bax (gör necə çürüyüb! Bu onun üçündür ki, həm sənə cavab verək, həm də) səni xalq üçün (qiyamətə) əlamət və dəlil qərar verək. Sümüklərə bax ki, onları necə birləşdirir, ətə bürüyürük.” Elə ki, (bu həqiqətlər) aşkar oldu, o dedi: (İndi bütün vücudumla) bilirəm ki, Allah bütün işlərə qadirdir.”
Nöqtələr
Əvvəlki ayə həzrət İbrahimin Nəmrudla söhbətini bəyan etdi. Onlar tövhid haqqında danışırdılar. Dəvət dəlillərlə həyata keçirdi və İbrahim dəlillər vasitəsi ilə qalib gəldi. Zülmətlərdən nura çıxmanın ikinci nümunəsi bu ayədədir. Burada məad haqqında danışılır. Məad etiqadına hidayət nümayiş, hiss üzvlərinin duyması, əməli formada həyata keçir. Təfsirlərdə və bəzi rəvayətlərdə nəql olunmuşdur ki, bu şəxsin adı Üzeyr olmuşdur. "Təfsiri-əl-mizan"da oxuyuruq ki, bu şəxs peyğəmbər olmalıdır. Çünki Allah onunla danışmışdır.
Bildirişlər
1. Keçmişin viran qalmış mədəniyyətlərinə ibrət gözü ilə baxmaq və yeni dərslər öyrənmək lazımdır.
2. Müəyyən həqiqətləri bilsək də, yenə də öz elmimizi təcrübə və soruşmaqla gücləndiririk.
3. Bir nöqtəni anlamaq üçün yüz il ölmək yerinə düşür.
4. Uzun zaman ötməsi Allahın qüdrətinə xələl gətirmir.
5. Rəcət və ölülərin dirilməsi qiyamətdən qabaq elə bu dünyada qəbul edilə bilər.
6. Dini maarifin ən üstün bəyan yollarından biri nümayişdir.
7. Allahın iradəsi ilə möhkəm sümüklər çürüyür. Amma tez xarab olası qidalar yüz il təravətli qalır.
8. İlahi qüdrətin nümayişi xalqın doğru yola sövqü və hidayəti üçündür. Bu nümayişdə əyləncə, Allahın qüdrətini büruzə vermək məqsədi yoxdur.
9. Allah qiyamətdən bir səhnəni dünyada nümayiş etdirmişdir.
10. Məad cismanidir. Əgər məad ruhani olsaydı, sümükdən danışılmazdı.
11. Ovuc tutum nümunəsidir. Allah qiyamətdəki qüdrətinin bir parçasını dünyada nümayiş etdirir.