NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 261
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Öz malını Allah yolunda infaq edənlər yeddi sünbül cücərdən toxuma bənzər. Hər sünbüldə yüz dən olar. Allah onu istədiyi kəs üçün ikiqat və ya neçə qat edər. Allah (qüdrət və rəhmət baxımından) genişdir və biləndir.”
Nöqtələr
Təbəqələr arası ixtilafların aradan qaldırılması üçün ən yaxşı yol infaqın tapşırılması və israfın qadağan olunmasıdır. Sələmin ortaya çıxması və genişlənməsi də təbəqələr arası fərqlərin ortaya çıxması zəminəsidir. Ona görə də Quranda infaqın zəruriliyi və sələmin qadağası bəyan olunmuş ayələrlə yanaşı gəlmişdir.("Təfsiri-kaşif”, c. 1, s. 272. )
Hər toxum hər torpaqda hər biri yüz dənə malik yeddi sünbül vermir. Bundan ötrü toxum sağlam, torpaq münbit, zaman münasib və kamil xidmət olmalıdır. Eləcə də, halal malın infaqı Allaha yaxınlıq məqsədi daşıdıqda və minnətsiz, yaxşı şəkildə verildikdə bütün əsərlərə malik olasıdır.
Bildirişlər
1. İnfaqın mükafatı təkcə axirətə aid deyil. İnfaq insanın öz vücudunun təkamül səbəbidir.
2. Quran o insanlar haqqında xoş sözlər deyir ki, infaq etmək onların daimi xisləti olsun. "Felin gələcək zamanı forması davamı bildirir.
3. İnfaq o zaman dəyərli olur ki, Allah yolunda olsun. İslamda iqtisadiyyat əxlaqdan ayrı deyil.
4. Təbii misallardan istifadə hər zaman aktualdır. Bütün xalq, istənilən yaşda və şəraitdə təbii misalları dərk edir. Malın toxuma, infaqın səmərəsinin buğda sünbülünün səmərəsinə bənzədilməsi bu qəbildəndir.
5. Təşviq və mükafat vədi hərəkət üçün güclü amildir. Söhbət yeddiyüzqat artıq mükafatdan gedir.
6. Allahın lütfünün məhdudiyyəti yoxdur.
7. Əgər malın infaqının yeddiyüzqat artıq səmərəsi varsa, Allah yolunda canını infaq edənlərin mükafatını özünüz təsəvvür edin.