NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 263
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Ehtiyaclılarla) xoş danışıq və onları bağışlamaq əziyyətlə müşayiət olunan bəxşişdən üstündür. Allah ehtiyacsız, həlimdir.”
Nöqtələr
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Əgər yanınıza bir sail (dilənçi) gəlsə, iki yoldan birinə əməl edin: Ya gücünüz çatan şeyi əta edin, ya onu bəyənilmiş şəkildə yola salın.”("Təfsiri-Qurtubi”. )
Başqa bir yerdə həzrət (s) buyurur: "Əgər xalqa malla əl tuta bilmirsinizsə, əxlaqınıza xidmət edin.”("Bihar”, c. 8, s. 186. )
Bildirişlər
1. Fəqirin abır və şəxsiyyəti onun qarnını doyurmaqdan üstündür.
2. Fəqiri məhəbbət və canıyananlıqla, onun dolanışığını təmin edəcək işə yönəldin.("Təfsiri-Bürhan”, c. 1, s. 255; "Təfsiri-rahnüma”. )
3. İnfaq əxlaqla yanaşı olmalıdır.
4. Fəqirlə xoş danışıq onun üçün təskinlik və inkişaf amilidir. Halbuki minnətlə verilən sədəqədə bu xüsusiyyətlərin heç biri yoxdur.
5. Əgər fəqir çətinliyə düşdüyü üçün pis danışsa onu bağışlayın.
6. Cəmiyyətdəki ürfə (ənnəyə) riayət həm söz, həm də əməldə zəruridir.
7. Allah fəqirə dəyən zərərə cavab verir. Amma dərhal yox!