NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 88
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Onlar (peyğəmbərlərinə) dedilər: "Qəlblərimiz qılafdadır (və biz sizin dediklərinizdən bir şey anlamırıq).” Belə deyil. Allah küfrlərinə görə onları öz mərhəmətindən uzaqlaşdırmışdır. (Ona görə də bir şey dərk etmirlər.) Çox az bir qismi iman gətirir.”
Nöqtələr
"Qəlblərimiz qılafdadır” kimi istehzalı cavablar zahirən bütün müşriklərin və asilərin peyğəmbərlər qarşısında şüarı olmuşdur. Həzrət Şüeybin cavabında dedilər: "Biz sənin sözlərini anlamırıq.”("Fussilət”, 5. ) Quran ayələri qarşısında belə bildirdilər: "Qəlblərimiz pərdədə və örtükdədir.”(Təfsiri-Nurus-səqəleyn”. ) Bu ayədə isə "Qəlblərimiz qılafdadır” deyirlər.
Bildirişlər
1. Bədbəxtliyin müqəddiməsi, başlanğıcı insanın öz əlindədir. Allahın lənətinə və qəhrinə düçar olanlar öz inadkarlıq və küfrlərindən əziyyət çəkirlər.