Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 126-cı Ayə

Surə 6
Ayə 126

Azərbaycan dilində tərcümə

Bu (Qur’an və din), sənin Rəbbinin doğru yoludur. Doğrudan da Biz (Öz tovhid) ayələri(mizi və dinin haqq olmasını) öyüd götürən bir dəstə üçün ətraflı bəyan etdik.
Əl-Ənam ‏ surəsi , 126-cı ayə
Əl-Ənam ‏ surəsi 126-cı ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 126-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 126

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Bu yol sənin Rəbbinin doğru və düz yoludur. Şəksiz, Biz Öz ayələrimizi öyüd götürən qövm üçün müfəssəl bəyan etmişik.”
Nöqtələr
Ayədəki "haza”, yəni "bu” əvəzliyi ötən ayədə zikr olunmuş "İslam” sözünə işarə ola bilər.
Bildirişlər
1. Allahın yolundan savay bütün yollar uçuruma aparır.
2. Xatırlatma və diqqəti cəlb etmək üçün təhsil, çeşidlilik və təkrar lazımdır.
3. Allah hamı üçün höccəti, dəlilləri tamamlamışdır. İnsanlar diqqət yetirsələr, haqqın ayə və nişanələri müxtəlif bəyanlarla aydınlaşdırılmışdır.
4. İlahi xatırlatmalara daimi diqqət doğru yola çıxmaq vasitəsidir.