Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 127-ci Ayə

Surə 6
Ayə 127

Azərbaycan dilində tərcümə

Onlar üçün Rəbblərinin yanında (hər bir zərər-ziyandan və naqislikdən uzaq olan və bir-birlərinə yalnız salam verdikləri) «Darus-səlam» vardır. Və O, (dünyada) etdikləri əməllərin mükafatı olaraq onların dostu və yardımçısıdır.
Əl-Ənam ‏ surəsi , 127-ci ayə
Əl-Ənam ‏ surəsi 127-ci ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 127-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 127

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Rəbbinin yanında salamatlıq sarayı yalnız onlar üçündür. Allah yerinə yetirdikləri əməllərin mükafatı olaraq onlara qəyyum, arxa və dostdur.”
Bildirişlər
1. Behiştdə düşmənçilik, rəqabət, həsrət, böhtan, həsəd, kin-küdurət, yalan, qəm-qüssə, hər növ ölüm, xəstəlik və yoxsulluqdan əsər belə yoxdur.
2. Əmniyyət və salamatçılıqdan da üstün nemət Allahın məxsus lütfünün kölgəsində olmaqdır.
3. Doğru yolda olanların işlərini Allah Öz öhdəsinə götürmüşdür.
4. Yalnız əməl sayəsində ilahi vilayətə çatmaq olar.