Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 2-ci Ayə

Surə 21
Ayə 2

Azərbaycan dilində tərcümə

Rəbblərindən onlara nə yeni öyüd-nəsihət (vəhy, Qur’an və möcüzə) gəlirsə ona (nəfsi istəkləri ilə) oynayan və əylənən halda qulaq asırlar (lakin ciddi qəbul etmirlər).
Əl-Ənbiya surəsi , 2-ci ayə
Əl-Ənbiya surəsi 2-ci ayə
Tam Surə

Əl-Ənbiya surəsi 2-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 2

MÖHSÜN QƏRAƏTİ
05.05.2026
Onlara Rəbbləri tərəfindən nə vaxt yeni bir xəbərdarlıq gəldisə, onu
eşidib (yenə) əylənməyə başladılar.”

Nöqtələr
Allah kəlamının qədim və ya hadis (yeni) olma məsələsi abbasilər dövründə
ortaya atılmış mövzulardandır. Bu mövzuda xeyli mübahisələr aparılmışdır.
Uyğun mövzunun formalaşdırılmasında məqsəd, çox güman ki, xalqı zalım
hakimlərlə qarşıdurmadan yayındırmaq olmuşdur. Şübhəsiz ki, Quran
mahiyyətcə Allah elmindən qaynaqlanır və qədimdir. Peyğəmbərə nazil olan
sözlər isə hadis (yeni) sayılır. İstənilən bir halda bu sayaq mübahisələr fərd və
cəmiyyətin hansısa problemini həll etmir. İmamlarımız da bu sayaq
mübarizələrdən çəkinmişlər. 

Bildirişlər
1. İlahi xəbərdarlıqlar davamlıdır və təkrarlanır.
2. Xəbərdarlıq və tərbiyə bir-biri üçün şərtdir.
3. Quran zikr səbəbidir.
4. Xəbərdarlıqda yenilik bir dəyərdir.
5. Dinləmək və anlamaq bəs etmir, qəbul və əməl etmək də lazımdır.
6. Qəflət və həqiqətdən kənarlaşmaq mənasız işlərə sövq edir.
7. Vəhy və ilahi zikrdən uzaq həyat oyun-oyuncaqdan başqa bir şey deyildir.