NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 25
MÖHSÜN QƏRAƏTİ
13.05.2026
“Səndən öncə elə bir peyğəmbər göndərmədik ki, ona «Məndən başqa məbud yoxdur, Mənə pərəstiş edin»–deyə vəhy etməmiş olaq.”
Bildirişlər
Risalət vəhyin nazil olması ilə müşayiət olunur.
Tövhid bütün ilahi peyğəmbərlərin proqramında birinci yerdə dayanır.
Əməl etiqada əsaslanmalıdır. Öncə bünövrə, sonra bina. (Öncə ilahiyyatda, sonra ibadətdə tövhid.)
Haqqın batil üzərində inhisarçılığı ilahi şüardır.