NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 27
“(Mələklər) sözdə Ondan önə keçmirlər və Onun əmrinə əməl edirlər.”
Nöqtələr
Mələklərin Allahın övladları olmasına əqidə müşriklərdən əlavə yəhudi və məsihilər arasında da yayılmışdır. “Mukrəmun” (əziz) sifətinin mələklərə aid edilməsinin səbəbi budur ki, onlar öncə Allahın bəndələridir, ikincisi, onların bəndəliyi xalis bəndəlikdir. “Rəhman” adı müşriklər arasında Allahın tanınmış adıdır.
Bildirişlər
Başqalarının küframiz sözlərini nəql edərkən “sübhanəllah” deməklə Allahı paklığı ilə yad edin.
Başqalarının çaşqınlığı haqqında danışarkən doğru yolu da göstərək.
Allah əmrinə təslimçilik insanın kəramətini göstərir. (Bəli, yalnız danışıq və əməldə Allah göstərişini ötüb keçməyənlər kəramət əldə edirlər.)
Mələklər Allahın məmurlarıdırlar. Onlar yalnız Allahın əmrinə əməl edir, heç vaxt uyğun əmrlərdən boyun qaçırmırlar.